"Napoli" kapitanını itirdi - əməliyyat olunacaq

23:26 - 4 Fevral 2026

“Napoli”nin müdafiəçisi Covanni Di Lorentso ayağından əməliyyat olunacaq.

Sportal.az xəbər verir ki, futbolçu Serie A-nın 23-cü turunda “Fiorentina”ya qarşı matçda uğursuz şəkildə ayağının üzərinə enərək zədələnib və meydanı elektrokarda tərk edib. Oyundan sonra “Napoli”nin baş məşqçisi Antonio Konte Di Lorentsonun çarpaz bağlarını qopardığını ehtimal etmişdi.

“Napoli”nin mətbuat xidməti bildirib ki, dizindən aldığı zədədən sonra uzunmüddətli bərpa prosesi nəzərə alınaraq, yaxın vaxtlarda Di Lorentsonun daha əvvəl yaranmış problemi aradan qaldırmaq üçün ayağından əməliyyat olunması planlaşdırılır.

“Dizimdəki uğursuz hərəkətdən sonra ən pisini düşündüm. Daha sonra testlər ciddi zədələri üzə çıxardı, lakin xoşbəxtlikdən çarpaz bağlar dözdü.

Bunu hamı bilmir, amma son altı ay ərzində cərrahi müdaxilə tələb edən ayaq problemi ilə oynamışam. Komandanı çətin anda tərk etmək istəmədiyim üçün oynamağa davam etdim və bu da vəziyyəti daha da ağırlaşdırdı. Ağrı və vəziyyət mənim üçün dözülməz hala gəldi və məcburi fasiləni nəzərə alaraq ayağımdan əməliyyat olunmağa qərar verdik. Mümkün qədər tez qayıtmaq üçün əlimdən gələni edəcəyəm”. – Di Lorentso sosial şəbəkələrdə yazıb.

Xəbər xətti