"Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat olunub.
Sportal.az xəbər verir ki, belçikalı futbolçu bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib. 34 yaşlı oyunçu əməliyyatın uğurlu keçdiyini bildirib.
Belçika millisinin üzvü 2025-ci ilin yanvar ayında yaşıl meydanlara qayıdacaq.
Kevin De Bruyne mövsümün əvvəlində "Napoli"yə keçib. Təcrübəli futbolçu Neapol təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəəqibidir. Komandalar arasındakı oyunun noyabrın 26-da İtaliyada keçiriləcək.
saytlarin hazirlanmasi
