Vensan Abubakarın gəlişiylə "Neftçi"də üzlər gülməyə başlayıb. Kamerunlu futbolçu qolları sıralayır, "Neftçi" qələbələri.
Sportal.az saytının əldə etdiyi məlumata görə, optimal formaya düşməyi hədəfləyən hücumçu gələn gündən məşqlərə ara vermir. Hətta komandanın istirahət saatlarında belə, Abubakar fərdi məşqlər edir. Təbii ki, bütün bunlar xüsusi tərtib olunmuş məşq planına əsasən həyata keçirilir.
Qeyd edək ki, "Neftçi" 11-ci turda əzəli rəqibi "Qarabağ"la görüşəcək. Bu oyun noyabrın 9-da "Azersun Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi
     
                    