"Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri Sportal.az saytına açıqlama verib. Vaxtı ilə Ağdam klubunun formasını geyinmiş Şimali Makedoniya futbolunun əfsanəsi “Qarabağ”ın Çempionlar Liqasının 4-cü turunda “Çelsi”yə(2:2) qarşı keçirdiyi oyundakı performansını dəyərləndirib:
"Qarabağ" həmin gecə özünü çox yaxşı göstərdi. "Qarabağ"ın "Çelsi"yə qarşı oyununu izləməkdən zövq aldım. "Çelsi"nin necə güclü komanda olduğunu bilirik. Buna baxmayaraq, onlarla bərabərə qaldıq. Bu da normal haldır. "Qarabağ"ın göstərdiyi oyununa əsasən, nəticə sürpriz deyil. Bəlkə də, "Qarabağ" "Çelsi"ni məğlub edəcəkdi. Sadəcə sonda alınmadı. Müdafiə planında səhvlər etməsəydik, bu görüşü qalib başa vura bilərdik. Ümumilidə yaxşı oyun alındı. "Qarabağ" hər il avrokuboklarda daha yaxşı təcrübə qazanır. Bəli, inanıram ki, "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanacaq. Təbii ki, hər matçı final kimi oynasalar, yaxşı nəticə qazanacaqlar".
Şakiri, Azərbaycan çempionunun Çempionlar Liqasında növbəti 4 matçda uğur qazanmaq şanslarını dəyərləndirib:
"Qarşıda 4 matç var. Bu görüşlərdən maksimum 5 xal çox yaxşı olardı. “Qarabağ” “Ayaks”ı məğlub edib, “Napoli” və “Ayntraxt”la heç-heçə edə bilər. Hər halda, onların 6 xal qazanmaq üçün də yaxşı şans var. “Qarabağ”ın ən yaxşı oyunçusu elə komandanın özüdür".
52 yaşlı “Malatyaspor”, ÇSKA)Sofiya), “Vest Bromviç”, “Olborq”, “Şkendiya” və “Qarabağ” kimi klublarda oynayıb. O, Şimali Makedoniya millisində 73 görüşdə 15 qol vurub.
Mirbağırağa
