"Bavariya"nın "Real" üzərindəki qələbəsi - VİDEO

10:22 - 8 Aprel 2026

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, Madrid "Real"ı "Santyaqo Bernabeu"da "Bavariya"nı qəbul edib. Qarşılaşma Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı aprelin 15-də Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

"Real" - "Bavariya" 1:2
Qollar:
 Kilian Mbappe, 74 - Luis Dias, 41, Harri Keyn, 46

Xəbər xətti