"Barselona"nın baş məşqçisi portuqaliyalı futbolçusunun çıxışından razıdır - komandada saxlamaq istəyir

23:00 - 5 Aprel 2026

Hansi Flik Joao Kanselonu komandada saxlamaq istəyir və onun oyunundan çox məmnundur.

Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, alman mütəxəssis portuqaliyalını mövsümün sonuna qədər "Barcelona"nın əsas sol müdafiəçisi kimi görür. Klub yayda "Əl-Hilal" ilə razılığa gəlib transferi tamamlamağa ümid edir.

Bildirilir ki, “Barselona” eyni zamanda Alexandro Balde ilə bağlı təklifləri də dinləməyə hazırdır.

Qeyd edək ki, Kanselo qışda “Əl-Hilal”dan icarə əsasında “Barselona”ya keçib. O, katalon klubu ilə 13 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti