Süleyman Ələkbərov Qazaxıstan turnirində bürünc medal qazandı

15:46 - 8 Aprel 2026

Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda keçirilən "Road Race 2026" turnirində uğurla çıxış edib.

Sportal.az xəbər verir ki, təmsilçimiz yarışda bürünc medal qazanıb.

Şose velosipedi üzrə U-23 yığmamızın üzvü Almatı şəhərində baş tutan və 130 idmançının mübarizə apardığı birincilikdə fəxri kürsüyə 25 km-lik fərdi ötüşmə növündə qalxıb.

Xəbər xətti