Simeonenin Lamin Yamala qarşı planı

17:18 - 8 Aprel 2026

"Atletiko" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Barselona"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin rəqibin əsas oyunçularından olan Lamin Yamala qarşı xüsusi planı var. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Argentinalı mütəxəssis futbolçularına 18 yaşlı vingeri provakasiyaya çəkmək tapşırığı verib. İspaniyalı futbolçu sarı vərəqə alsa, Madriddəki cavab matçında iştirak etməyəcək.

Lamin Yamal cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 21 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Barselona" - "Atletiko" qarşılaşması bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti