"Barselona"nın futbolçusu ərəblərin təklifini qəbul etmədi

18:21 - 8 Aprel 2026

"Barselona"nın futbolçusu Dani Olmo Səudiyyə Ərəbistanında oynamaq istəməyib.

Sportal.az xəbər verir ki, "Əl-Kadisiya" ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyib. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Ərəblər İsaniya klubuna 60 milyon avro təzminat, Olmonun özünə isə illik 9,5 milyon avro maaş olmaqla 4 illik müqavilə təklif edib. Lakin 27 yaşlı futbolçu bu təklifi qəbul etməyib. O, hazırda klubunda qalmaq istəyir.

Qeyd edək ki, "Barselona" Dani Olmonu 2024-cü ilin yayında "Leypziq"dən 55 milyon avroya transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti