Türkiyə Futbol Federasiyası ötən gün dünyasını dəyişən məşqçi Mirça Luçeskunun xatirəsini yad edəcək.
Sportal.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Türkiyədə 8-13 aprel tarixlərində keçiriləcək bütün futbol matçlarından öncə rumıniyalı mütəxəssisin xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək. Kloublar istəsələr, futbolçular qollarına qara sarğı bağlaya bilərlər.
Qeyd edək ki, Mirça Luçesku "Qalatasaray" (2000-2002), "Beşiktaş" (2002-2004) və Türkiyə millisini (2017-2019) çalışdırıb. O, "Qalatasaray"la 2000-ci ildə UEFA Super Kubokunu qazanıb.
saytlarin hazirlanmasi
