"Sabah"dan Çempionlar Liqasında tarixi qələbə

00:20 - 9 Aprel 2026

Azərbaycanın "Sabah" Basketboll U-18 komandası "Youth Basketball Champions League"də tarixi qələbə qazanıb.

Sportal.az xəbər verir ki, B qrupunun ikinci turunda Bakı təmsilçisi Almaniyanın "Porşe BBA Ludvigsburg" komandasını 72:61 hesabı ilə məğlub edib.

Oyunda ən məhsuldar oyunçular Ismayil Abdullayev (27 xal) və Emmanuel Agbason (28 xal) olub.

Qeyd edək ki, “Sabah” ilk turda Bosniyanın "Igokea" klubuna 58:88 hesabı ilə uduzmuşdu.

Reqlamentə əsasən, qrup qalibləri yarımfinala yüksəlir, ikinci yerlər 5–8-ci yerlər uğrunda, sonuncular isə 9–12-ci yerlər uğrunda mübarizə aparır. Turnir Bosniyanın Laktaşi şəhərində keçirilir.

Xəbər xətti