AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:
7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə” komandası 2000 manat cərimə edilsin (maddə 99, 57.2);
7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Şamaxı” oyununun 53-cü dəqiqəsində “Şamaxı” komandasının 11 nömrəli futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Sabah” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Sabah” oyunu bitdikdən sonra “Araz-Naxçıvan” komandasının baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz-Naxçıvan” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);
saytlarin hazirlanmasi
