"Arsenal" heyətdə dəyişikliklərə getməyə hazırdır - iki futbolçudan 110 milyon avroluq qazanc

23:10 - 9 Aprel 2026

"Arsenal" yayda akademiya məzunları ilə yollarını ayırmağa hazırdır.

Sportal.az BBC-yə istinadən xəbər verir ki, klub Miles Lyuis-Skelli və Ethan Nvaneri üçün gələcək təklifləri dinləməyə hazırdır. Hər iki futbolçu 2025-ci ildə uzunmüddətli müqavilə imzalayıb.

Nvaneri ilə "Borussiya"(Dortmund) və bir neçə Premyer Liqa klubu maraqlanır. Lyuis-Skelli isə liqanın üst yarısında qərarlaşan komandaların diqqətini cəlb edib.

“Arsenal” bu iki oyunçu üçün ümumilikdə ən azı 110 milyon avro istəyir və bu məbləğ maliyyə feyr-pleyi baxımından xalis gəlir kimi hesablanacaq.

Bundan əlavə, London klubu Qabriel Jesus, Ben Vayt və Qabriel Martinelli üzrə təklifləri də nəzərdən keçirməyə hazırdır.

Xəbər xətti