"Matçdan sonra gecə saat 3-də o, evə getmək əvəzinə buz vannası qəbul etməyə gedirdi"

23:52 - 9 Aprel 2026

Veston MakKennie Kriştiano Ronaldo ilə “Yuventus”da oynaması ilə bağlı xatirələrini bölüşüb.

Sportal.az xəbər verir ki, "Yuventus"un yarımmüdafiəçisi DAZN-a verdiyi müsahibədə bunları qeyd edib:

“Bu inanılmaz idi. Onunla tanış olanda düşündüm ki, onun haqqında eşitdiyiniz hər şey, peşəkarlığı ilə bağlı deyilənlər, tam həqiqətdir.

Biz matçlardan sonra gecə saat 3-də qayıdırdıq, o isə evə getmək əvəzinə buz vannası qəbul etməyə gedirdi. Çətin oyundan sonra səhər tezdən zala gedir və bütün bədənini işlədirdi. Bunu öz gözlərimlə görməli idim ki, inana bilim."

Xəbər xətti