"Simurq" Sportal.az-ın xəbərini təsdiqlədi, bir legioner komandadan gedir

Vaqif Əliyev: "Ağsaqqal olaraq onların qarşısında baş əyirəm"
 
"Komanda üzvləri ilə iclas keçirdik və bildirdik ki, mövsümün sonunadək maaşlar ödənilməyəcək".
 
Sportal.az xəbər verir ki. bunu "Simurq"un icraçı direktoru Vaqif Əliyev deyib. Klubda yaranan maddi problemlərdən danışan icraçı direktor getmək istəyən futbolçuları komandada saxlamayacaqlarını bildirib:
 
"İclasda futbolçulara dedik ki, kim istəsə gedə bilər. Açıq söhbət oldu. Onlar da mövsüm sonunadək komandada qalacaqlarını bildirdilər. Öz köməklərini "Simurq"dan əsirgəmədilər. Baxmayaraq ki, futbolçular mart-aprel aylarının maaşlarını hələ almayıblar. Ağsaqqal olaraq onların qarşısında baş əyirəm. Aldadılası, gizlədiləsi bir şey yoxdu".
 
Klub rəsmisi baş məşqçi Georgi Çixradzenin də hələlik komandada qalacağını deyib. Onun sözlərinə görə, hansı futbolçu getmək istəsə, transfer vərəqi veriləcək:
 
"Hətta bəzi futbolçular növbəti mövsümdə də komandada qalacağını, vəziyyətin düzələcəyinə ümid etdiklərini bildiriblər. Bəlkə də kubokda yolumuza davam etsəydik, Avropa Liqasına vəsiqə qazansaydıq, belə olmazdı. Zaqatalanı 6 ballıq zəlzələ yıxa bilmədi (2012 və 2014-cü illərdə Zaqatalada 6 bal gücündə zəlzələ olmuşdu), amma onun klubunu hakim haqsızlıqları yıxdı. "Qarabağ"la Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda təmiz qolumuzu saymadılar və yolumuzu kəsdilər".
 
Əliyev yalnız komandanın yarımmüdafiəçisi Benjamin Lambotla yolların ayrılacağını deyib:
 
"Lambot ailə məsələləri səbəbindən Belçikaya qayıdacaq. O, vətəninə gedəcəyini əvvəlcədən bildirmişdi". (report.az)
 
Hazırda turnir cədvəlinin 5-ci pilləsində olan "Simurq" Azərbaycan Premyer Liqasının 32-ci turunda "İnter"lə oyunda xal itirəcəyi halda, avrokubok şanslarını tam itirəcək.
 
Qeyd edək ki, klubdaxili iclas və iclasda  baş verənlərin təfərrüatları haqda ilk dəfə Sportal.az məlumat yaymışdı.
Tarix: 1 May [12:44]
Oxunub: 497 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Fevral 2017
27  Fevral 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio