Topdaşıyanlar liqanın liderini ziyana saldı

13:18 - 3 May 2024

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

I Liqa XXXII tur

01.05.2024-cü il tarixində I Liqada XXIV turun “Karvan” – “İmişli” oyununun birinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

01.05.2024-cü il tarixində I Liqada XXIV turun “Karvan” – “İmişli” oyununda “Karvan” klubunun isinmə hərəkəti edən futbolçuları matçın gedişində topla məşq etdiyinə görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 53.8);

01.05.2024-cü il tarixində I Liqada XXIV turun “Karvan” – “İmişli” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 74.2);

02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Zaqatala” – “Şamaxı” oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);

02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 51.2);

02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Zaqatala” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);

02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Qaradağ Lökbatan” – “Araz Saatlı” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilir (maddə 74.2);

02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Qaradağ Lökbatan” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

Xəbər xətti