"Fənərbaxça"dan Çağlar Söyüncü qərarı

15:54 - 3 May 2024

"Fənərbaxça" rəhbərliyi "Atletiko"dan icarəyə götürülən Çağlar Söyüncü ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi türk müdafiəçini komandada saxlamayacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Türkiyə klubu 27 yaşlı futbolçu üçün 12 milyon avroluq satınalma bəndini işə salmayacaq.

Qeyd edək ki, Çağlar Söyüncü qışda "Fənərbaxça"ya keçib. Türkiyə millisinin üzvü "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti