"Şamaxı" Zaqataladan 3 xalla qayıdır - VİDEO

16:17 - 3 May 2024

Futbol üzrə Azərbaycan I Liqasında XXIV turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, "Zaqatala" doğma meydanda "Şamaxı"nı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 48-ə yüksəldən "Şamaxı" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Zaqatala" isə 6-cı yerdədir.

"Zaqatala" - "Şamaxı" 0:2

Qollar: Qurban Səfərov, 5, Arsen Ağcabəyov, 14

Xəbər xətti