Avropa çempionatı: Millimizin rəqibləri bəlli oldu

17:30 - 3 May 2024

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümü üzrə birinci mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. U-17 Macarıstan, Yunanıstan və Rumıniya ilə 6-cı qrupda mübarizə aparacaq.

Final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Albaniyada keçiriləcək.

Xəbər xətti