Renat Dadaşov üçün yeni baş məşqçi

18:41 - 3 May 2024

Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Volkan Demirellə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Hatayspor"un yeni baş məşqçisinin kimliyi də məlumdur. Yerli medianın məlumatına görə, komandanı bundan sonra Özhan Pulat çalışdıracaq. Qısa zaman ərzində rəsmi açıqlama ediləcək.

Xəbər xətti