U-19 millimizin rəqibləri bilindi

18:57 - 3 May 2024

Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. U-19 İrlandiya, İslandiya və Moldova ilə 7-ci qrupda mübarizə aparacaq.

Final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Rumıniyada keçiriləcək.

Xəbər xətti