Vinisius ən yaxşı seçildi

19:20 - 3 May 2024

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarının ən yaxşıs müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Real"ın futbolçusu Vinisius Junior həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı vinger azarkeşlər arasında keçirilən sorğuda "Borussiya"nın müdafiəçisi Mats Hummelsi qabaqlayıb.

Qeyd edək ki, Vinisius "Real"ın "Bavariya" ilə 2:2 hesablı heç-heçə etdiyi qarşılaşmada 2 qol vurub.

Xəbər xətti