“Zirə” legioneri ilə bağlı qərarını verdi

22:09 - 3 May 2024

“Zirə” mövsümün sonunda müdafiəçi Stefan Aka ilə yollarını ayıracaq.

Sportal.az "FutbolPress"ə istinadən xəbər verir ki, “qartallar” 33 yaşlı futbolçunun yayda başa çatacaq müqaviləsini uzatmayacaq. Aka azad agent kimi klubu tərk edəcək.

Fil Dişi Sahilindən olan müdafiəçi ötən yaydan “Zirə”nin formasını geyinir.

O, bu mövsüm 26 oyunda meydana çıxıb.

Xəbər xətti