"Milan" istədiyi məşqçini Portuqaliyada tapdı

17:23 - 4 May 2024

"Milan" Stefano Piolinin əvəzləyicisi kimi gördüyü “Porto”nun baş məşqçisi Serxio Konseysao ilə danışığa başlayıb. 

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, "rossonyerlər" "Lill"in baş məşqçisi Paulo Fonsekanın mövqeyini öyrəndikdən sonra Konseysao üçün hərəkətə keçib.

Konseysaonun "Porto" ilə müqavilə müddəti 2028-ci ilin yayına qədər olmasına baxmayaraq, özünün də Portuqaliya klubunu tərk etmək fikrində olduğu vurğulanır.

Xatırladaq ki, daha əvvəl mətbuatda "Milan"ın ispaniyalı mütəxəssis Xulen Lopeteqi ilə danışıq apardığı iddia olunurdu. Amma son anda onunla danışıqlar yarımçıq dayandırılıb. Hazırda isə İtaliya klubu əsas diqqətini portuqaliyalı mütəxəssisə yönəldib.

49 yaşlı məşqçi "Olhanense", "Akademika de Koimbra", "Braqa", "Vitoriya Gimarayeş", "Nant" klublarında işlədikdən sonra 2017-ci ildə "Porto"ya keçib.

Xəbər xətti