Millimizin üzvünün komandası uduzdu

09:18 - 4 May 2024

Niderland birinci divizionunda 37-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “Helmond Sport”la qarşılaşıb.

Kökçünün komandası 0:2 uduzub. Meydana start heyətində çıxan Ozancan sona qədər oynayıb.

O, qarşılaşmanın 87-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Hazırda “Eyndhoven” 40 xalla 15-ci pillədədir.

Xəbər xətti