Mahir Emreli İngiltərə klubuna qol vurdu

18:22 - 12 İyul 2025

Mahir Emrelinin formasını geyindiyi Almaniyanın “Kaizerslautern” klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyunu keçirib. 

Sportal.az xəbər verir ki, İngiltərənin "Nots Kaunti" klubu ilə qarşılaşan "qırmızı şeytanlar" 4:0 hesabı ilə qalib gəlib. 

İlk hissəni oynayan Emreli qollardan birini vurub. Bu, Mahirin yeni klubunun heyətində üçüncü qoludur.
 

Xəbər xətti