Azərbaycan güləşçiləri Xorvatiyada reytinq turnirində iştirak edirlər

10:49 - 5 Fevral 2026

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri start götürüb.

Sportal.az xəbər verir ki, "Zaqreb Open" yarışında qadın milli komandamız da iştirak edir.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) tatamiyə çıxacaqlar.

Turnirdə I dərəcəli hakim Əli Babayev də ədalət təmsilçiləri arasında yer alıb.

Xəbər xətti