"Şamaxı" portuqaliyalı futbolçunu heyətinə qatdı - FOTO

11:46 - 11 Mart 2026

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi son olaraq "Porto"nun B komandasında oynayan Rodriqo Fernandeşlə anlaşıb.

25 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Portuqaliyanın aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib.

Rodriqo "Sportinq"in yetirməsidir.


Xəbər xətti