Hüseynov oynadı, komandası qazandı

10:18 - 17 Mart 2026

Bolqarıstan çempionatında 26-cı tur başa çatıb. 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi olan Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə “Dobrudja Dobriç”lə qarşılaşıb.

Görüş Hüseynovun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüseynov meydana 75-ci dəqiqədə daxil olub. “Arda” hazırda 35 xalla 8-ci pillədədir.

Xəbər xətti