I Liqada XXI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Şimal" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Mingəçevir"i qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 39-a yüksəldən "Mingəçevir" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 12 xalı olan "Şimal" isə sonuncu yerdədir.
"Şimal" - "Mingəçevir" 0:3
Qollar: B.Həziyev, 62 (pen), 87, K.Kalunqa, 73
