Hidayət Heydərov Avropa çempionatının finalında

14:49 - 17 Aprel 2026

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında finala yüksəlib.

Sportal.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışan Olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Ciloğluna qalib gəlib.

Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq.

Qeyd edək ki, qitə birinciliyində ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medal qazanıblar.

Xəbər xətti