"İmişli" Ezekiel Morqanla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub qanalı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Ezekiel Morqan 2025/26 mövsümündə "İmişli"nin heyətində 33 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
