“İmişli” yay transfer dövründə daha bir futbolçunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, anqolalı Dominqos Senqui Hermenegildo (Picas) bölgə təmsilçisinin yeni üzvüdür. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Sağ cinah vingeri mövqeyində çıxış edən Pikas karyerası ərzində Anqolanın “Petro Luanda”, eləcə də Portuqaliyanın “Şaveş”, “Torreenşe”, “Feyrenşe” və “Fafi” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi
