"Mançester Siti"də yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, "şəhərlilər" hücumçusu Serxio Aquero ilə müqavilə müddətini uzadıb. Argentina millisinin üzvü 2021-ci ilə qədər Mançester təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, 30 yaşlı forvard 2011-ci ildə "Atletiko"dan "Mançester Siti"yə transfer olub. 299 oyuna 204 qol vuran argentinalı klub tarixinin bombardiridir.
saytlarin hazirlanmasi