Arsen Venger: "Karyeramı başa vurmamışam"

17:53 - 26 Sentyabr 2018

"Arsenal"dan ayrılan Arsen Venger məşqçi karyerasını başa vurmadığını deyib.

 

Sportal.az xəbər verir ki, 68 yaşlı mütəxəssis təkliflər almadığını deyib: 

 

"Karyeramı başa vurmamışam. Əgər belə fikirdə olsaydım, bunu çoxdan açıqlayardım. Oktyabrda 69 yaşım olacaq. Yeni komanda çalışdıracammı? Bu haqda bilmirəm. Çünki təklif yoxdu".

 

Qeyd edək ki, fransalı mütəxəssis "Arsenal"da 1996-2018-ci illərdə baş məş məşqçi olub. Venger "topçular"a 3 Premyer Liqa çempionluğunu yaşadıb və 7 dəfə FA kubokunu qazandırıb.

Xəbər xətti