“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Ukraynanın “Vorskla” klubu itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, poltavalıların yarımmüdafiəçisi Aleksandr Kobaxidze çiynindən aldığı zədəyə görə əməliyyat olunacaq.
Onun yaşıl meydanlara dönüşü 6-8 həftə çəkəcək. Beləliklə, Kobaxidze “Vorskla”nın “Qarabağ”a qarşı keçirəcəyi hər iki görüşü buraxacaq.
Qeyd edəkl ki, “Qarabağ” və “Vorskla” arasındakı ilk görüş oktyabrın 25-də Bakıda keçiriləcək. Poltavada baş tutacaq matç isə noyabrın 8-də reallaşacaq.
saytlarin hazirlanmasi