Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal" "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, "topçular"ın yarımmüdafiəçisi Aaron Remzi Bakıya gətirilməyib. Uelsi yarımmüdafiəçi həyat yoldaşı hamilə olduğu üçün klubdan icazə alıb və Bakıya gəlməyib. 27 yaşlı futbolçunun qızı dünyaya gələcək.
Qeyd edək ki, London klubunun heyətində Loran Koselni, Dinos Mavropanos, Henrix Mxitaryan, Karl Cenkinson və Enzli Meytlend-Naylz da "Qarabağ"la görüşü buraxacaq.
saytlarin hazirlanmasi