Mövsümə uğursuz başlayan "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun gələcəyi sual altındadı.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 8-ci turunda "Nyukasl"la qarşılaşmadan sonra Joze Mourinyo postundan qovulacaq. Bu barədə "Daily Mirror" məlumat yayıb. Məlumatda qeyd edilib ki, qarşılaşmanın nəticəsindən aslı olmayaraq, portuqaliyalı mütəxəssislə yollar ayrılacaq. Milli komandaların oyunları ilə bağlı fasilədə isə yeni baş məşqçi təyinatı gerçəkləşəcək.
"Mançester Yunayted" Premyer Liqada 7 turdan sonra 10 xalla 10-cudur.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın "sükanı arxası"na "Real"dan ayrılan fransız mütəxəssis Zinəddin Zidanın keçəcəyi xəbərləri yayılıb.
saytlarin hazirlanmasi