Mourinyodan paltardəyişmə otağında futbolçulara: "Kişi olun"

14:54 - 7 Oktyabr 2018

İngiltərə Premyer Liqasının 8-ci turunda "Mançester Yunayted" hesabda 0-2 uduzduğu "Nyukasl" üzərində əzmkar qələbə qazandı - 3:2.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Maruan Fellaini komandanın baş məşqçisi Joze Mourinyonun paltardəyişmə otağında futbolçulara dediyi sözləri açıqlayıb: "Fasilədə Mourinyo bizə "kişi olun" dedi və qorxmamağımızı, qalib gəlməli olduğumuzu bizə çatdırdı. Biz də geri dönüşü bacardıq. İkinci hissədə aqressiv oynadıq və 3 qol vurub, qalib gəldik".

 

Mourinyo mətbuat konfransı zamanı sərt açıqlamaları ilə yadda qalıb:

 

"Hazırkı vəziyyət mən və futbolçularla deyil, klubla bağlıdır. 55 illik həyatımda ilk dəfə insan ovuna şahidlik edirəm. Yetkin insanam, bütün bunların öhdəsindən gələrək həyatda qala bilərəm. Bu gün Londona gedəcəm. Əgər sabah orada yağış yağsa, bunun günahkarı mən olacağam. Əgər "Brexit"lə bağlı problem yaşanarsa da, bunun səbəbkarı mən göstəriləcəm. 2020-ci ilə qədər müqaviləm var. Buna silah gücünə nail olmamışam. Klub müqaviləmi uzadıb".

 

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlində 13 xalla 8-xi pillədə qərarlaşıb.

Xəbər xətti