Mourinyo oteldə "bəy balası" kimi yaşayır

17:58 - 10 Oktyabr 2018

"Maçester Yunayted"i üçüncü mövsümdür ki, çalışdıran Joze Mourinyo kluba gəldiyi gündən eyni oteldə qalır.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ev əvəzinə oteli seçib. 55 yaşlı mütəxəssis otelə günlük 687 avro ödəyir. Təcrübəli çalışdırıcı artıq 825 gündür ki, 5 ulduzlu oteldə yaşayır. O, ümumi 572 min avro xərcə düşüb.

 

Buna baxmayaraq, Mourinyonun ailəsi Londonda yaşayır. Onun qızı Londonda tələbədir, oğlu isə "Fulhem" futbol klubunun akademiyasında oynayır.

Xəbər xətti