"Vest Hem"in hücumçusu Andrey Yarmolenko diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki, ukraynalı futbolçu ölkəsində onun əleyhinə fikirlər səsləndirən şərhçi Vladimir Kobelkovu təkbətək davaya çağırıb. O, dövlət kanalında çalışan jurnalistdən qisas almaq istədiyini deyib:
"Uşaq vaxtı çox davakar olmuşam. Döyüşdə bir nəfər qalib gələr, digəri isə uduzar. Bu da bir kişi üçün normal haldır. Kolbekovu artıq dinləmək istəmirəm, haqqımda çox danışır. Mən davamı açıq şəkildə elan edirəm. Ondan intiqam almaq istəyirəm. Vladimirdən cavab gözləyirəm".
Qeyd edək ki, 28 yaşlı hücumçu bu yay Dortmund "Borussiya"sından "Vest Hem"ə keçib.
saytlarin hazirlanmasi