“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo cəzalandırılıb.
Sportal.az xəbər verir ki, federasiya Premyer Liqanın 8-ci turunda "Nyukasl"la matçda təhqirlər edən və əl jestləri kameralara düşən portuqaliyalı mütəxəssisi bir oyunluq cəza alıb. Bu səbəbdən də 55 yaşlı mütəxəssis "Çelsi" ilə səfər oyununda texniki zonada yer almayacaq.
Qeyd edək ki, "Çelsi" - "Mançester Yunayted" oyunu oktyabrın 20-də keçiriləcək.
saytlarin hazirlanmasi