Bu mövsüm keçirdiyi bütün oyunlarda qalib gələn "Yuventus" heyətini gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Mançester Yunayted"də çıxış edən Markus Reşfordu transfer etmək istəyir. İngiltərə mətbuatında yer alan xəbərə görə, "qoca sinyora" 20 yaşlı hücumçunun keçidi üçün 65 milyon avro gözdən çıxarıb.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın yetirməsi olan Reşford 2016-cı ildən İngiltərə millisində çıxış edir.
saytlarin hazirlanmasi