İngiltərə Premyer Liqasında mübarizə aparan "Tottenhem" klubunda yeni müqavilə reallaşıb.
Sportal.az xəbər verir ki, London klubu yarımmüdafiəçisi Dele Alli ilə müqavilə müddətini uzadıb. 22 yaşlı futbolçu "Tottenhem"lə 2024-cü ilə qədər yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Dele Alli 2015-ci ildə İngiltərənin aşağı liqasında çıxış edən "Milton Keyns Dons" klubundan transfer edilib. O, paytaxt klubunda 153 oyuna 48 qol vurub.
saytlarin hazirlanmasi