"Mançester Siti" ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, zədədən yeni qayıdan Kevin de Bruyne yenidən sıradan çıxıb. İngiltərə Liqa kubokunun 4-cü mərhələsində “Fulhem”lə görüşdə sol dizindən zədələnən belçikalı yarımmüdafiəçi 1 ay yaşıl meydanlardan kənar qalacaq.
27 yaşlı futbolçu Premyer Liqada "Sauthempton", "Mançester Yunayted", "Vest Hem" və "Bornmut"la qarşılaşmaları buraxmalı olacaq. De Bruyne ÇL-də "Şaxtyor" və "Lion"la da görüşlərdə də komandasına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi