Ramosu belə yıxıb-sürüyən olmamışdı: "Məndən çox səhv edir, amma "Real"da oynayır"

17:35 - 2 Noyabr 2018

"Liverpul"un və Xorvatiya millisinin futbolçusu Deyan Lovren dünyanın ən yaxşı müdafiəçilərindən biri olduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Lovren Premyer Liqada da çempion olacaqlarını haqq etdiyini deyib "Dünyanın ən yaxşı müdafiəçilərindən biri olduğumu demişəm. Heç vaxt özümü ən yaxşı adlandırmamışam. Həmişə özümü yaxşılardan hesab etmişəm. Çempionlar Liqasınnın finalından sonra dünya çempionatında da finalda oynayan kimi idi bəs? Bəli, Premyer Liqada çempionluğum yoxdur, amma bunu da haqq etdiyimizi düşünürəm".

 

29 yaşlı müdafiəçi "Real"ın kapitanı Serxio Ramosla özünü müqayisə edib və ondan daha az səhv etdiyini deyib: "Bu qədər tənqidləri haqq etmirəm. Ramos məndən çox səhv edir, amma "Real"da oynayır. Səhv edəndə isə 5-1, ya da 5-2 hesabı ilə qalib gəlirlər və bu da gözə görünmür".

 

Lovren Rafel Varanı Ramosdan daha güclü müdafiəçi hesab edir: "Əlbəttə, Ramosdla müqayisədə Varan daha güclüdür. ÇL və DÇ-2018-də qalib olub. Ən yaxşı müdafiəçi seçilməli idi. Ancaq mükafatı Serxio Ramosa verdilər. Biz bu sistemi dəyişdirə bilmirik!"

 

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2014-cü ildən "Liverpul"da oynayır.

Xəbər xətti