Ueyn Runi millidə vida oyunu keçirəcək

18:46 - 4 Noyabr 2018

ABŞ-ın “Di Si Yunayted” klubunun futbolçusu Ueyn Runi İngiltərə millisində vida matçı keçirəcək.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu noyabrın 15-də “Uembli”də ABŞ-la keçiriləcək yoxlama oyununda son dəfə yığmada çıxış edəcək. O, sözügedən qarşılaşmada 120-ci dəfə milli formanı geyəcək.  

 

Qeyd edək ki, Runi millidə 119 oyuna 53 qol vuraraq, yığma tarixinin bombardiridir.

Xəbər xətti