"Arsenal"ın futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

18:30 - 12 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsində "Sportinq"lə oyunda zədələnən "Arsenal"ın hücumçusu Denni Uelbek uzun müddə oynamayacaq.

 

Sportal.az xəbər verir ki, topuğu sınan 27 yaşlı forvard əməliyyat edilib. Onun geri dönüşü növbəti ilə qalıb.

 

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də baş tutacaq. London klubu 1/16 finala vəsiqəni təmin edib.

Xəbər xətti