Ranyeri İngiltərəyə qayıtdı

19:18 - 14 Noyabr 2018

İngiltərənin “Fulhem” klubu baş məşqçisi Slavişa Yokanoviçlə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışları olub. Serbiyalı çalışdırıcının əvəzinə bu vəzifəyə Klaudio Ranyeri gətirilib.

 

Qeyd edək ki, “Yuventus”, “İnter”, “Çelsi” və “Atletiko” kimi klublarda çalışan 67 yaşlı mütəxəsis son olaraq Fransanın “Nants” klubunda işləyib. O, 2015-2016 mövsümündə "Lester Siti"ni Premyer Liqanın qalibi edib.

Xəbər xətti