"Çelsi" futbolçusu Nqolo Kante ilə müqaviləni yeniləyib.
Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Britaniya mətbuatı 27 yaşlı futbolçunun maaşının artırıldığını yazıb. Kantenin yeni müqavilə şərtlərinə əsasən həftəyə 290 min funt-sterlinq qazanacağı bildirilir. Bu isə o deməkdir ki, bir çox klubların trasnfer hədəfində olan fubolçu "Çelsi"də ən çox qazanan oyunçu olacaq. Buna qədər London klubunda ən yüksək məvacib Eden Hazarda verilirdi - həftəlik 220 min funt-sterlinq.
Qeyd edək ki, Fransa millisinin üzvü 2016-cı ildə “Lester”dən 32 milyon funt-sterlinq qarşılığında transfer olunub.
saytlarin hazirlanmasi